-
- 2-12-2024, 15:15
- 405
Zeytun yeməməyiniz üçün 7 səbəb
Qara və yaşıl zeytun xüsusilə səhər yeməyinin əvəzolunmaz qidalarından biridir. Lakin zeytunu istehlak edərkən bu 7 zərəri nəzərə almaq lazımdır. Xüsusilə bəzi xəstələr zeytun istehlak etməməlidir. Bu, narahatlığa və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
News24.az xəbər verir ki, tərkibindəki yüksək duz səbəbiylə zeytun xüsusilə təzyiq, böyrək və ürək-damar xəstələri üçün zərərli ola bilər. Bu xəstələr zeytun istehlak edərkən həddindən artıq qəbul etməməlidirlər.
Zeytunların emalı və qablaşdırılması zamanı istifadə edilən konservantlar mədə narahatlığı, qaşınma və səpgi kimi allergik xəstəliklərə səbəb ola bilər.
Çox yağlı olan zeytunların kalorisi də yüksəkdir. Bu, nəzarətsiz istehlak ilə çəki problemlərinə də səbəb ola bilər.
Bəzi zeytunlarda dəmir qlükonat əlavələri kimi qatılaşdırıcı kimyəvi maddələrdən istifadə edilir. Bu vəziyyət uzun müddətli ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Zeytunların həddindən artıq istehlakı həzm sisteminə zərər verə bilər. Şişkinlik və qaz kimi mədə problemləri yarana bilər.
Tərkibində histamin olan zeytun baş ağrısına səbəb ola bilər.
KİMLƏR ZEYTUN YEMƏMƏLİDİR?
Böyrək xəstələri, təzyiq xəstələri, allergiyası olanlar və çəki problemi olanlar zeytun istehlak edərkən diqqətli olmalıdırlar.
Məryəm İlhamqızı