-
- 2-12-2024, 14:36
- 17 671
Ağır xərçəng xəstəsi olan Xalq artisti səhnəyə bu qiymətə çıxır
Xalq artisti, 74 yaşlı müğənni Aleksandr Buynov ağır xərçəng xəstəliyinə baxmayaraq, Yeni il korporativ şənliklərində iştirakına davam edir.
News24.az Söz.az-a istinadən xəbər verir ki, musiqiçi səhnədə bir çıxış üçün 3 milyon rubl tələb edi. O, hətta tədbir məkanına metro ilə getməyə də razıdır.
İfaçının istəkləri o qədər də çox deyil. təvazökar Soyunma otağında sendviçlər, bir az meyvə, peçenye və şirniyyatlar olmalıdır.
Buynov spirtli içki tələb etmir. Əvəzində çay, qəhvə və südlə kifayətlənir.
Onun çıxışı 45 dəqiqə davam edir və bu müddət ərzində sənətçi sevənləri üçün hitlərini səsləndirir.
Qeyd edək ki, daha əvvəl telekanal Buynova prostat xərçənginin son mərhələsinə görə palliativ status verildiyini yazıb.
Onun həyat yoldaşı Yelena isə məlumatı təkzib edərək, Buynovun özünü yaxşı hiss etdiyini bildirib.