AZƏRBAYCANDA DƏHŞƏT – 35 yaşlı kişi iş yerində öldü
    • 6-07-2019, 11:00
    • 1 005

AZƏRBAYCANDA DƏHŞƏT – 35 yaşlı kişi iş yerində öldü

Salyanda iş yerində ölüm fakt qeydə alınıb.

News24.az-ın məlumatına görə, Qaraçala kəndindəki “Ocean” fermer təsərrüfatında işləyən Şirvan şəhər sakini, 1983-cü il təvəllüdlü Cəfərov Elşən Əzizağa oğlunun səhhəti qəfil pisləşib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Ailə üzvləri 35 yaşlı Elşənin xəstəlikdən əziyyət çəkmədiyini, onun tam sağlam şəxs olduğunu deyiblər.

Ölüm faktı ilə bağlı araşdırma aparılır.