17 yaşlı hokkeyçi matç zamanı dünyasını dəyişdi

17 yaşlı hokkeyçi matç zamanı dünyasını dəyişdi İdman

ABŞ-nin Lonq Aylend ştatının 17 yaşlı hokkeyçisi Konnor Kasin xeyriyyə matçı zamanı dünyasını dəyişib.

News24.az teleqraf.com -a istinadla xəbər verir ki, qarşılaşma zamanı huşunu itirən idmançı buzun üzərinə yıxılıb.

Dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, xeyriyyə matçı 2023-cü ildə yol qəzasında dünyasını dəyişən hokkeyçi Sabrina Navarettin xatirəsinə həsr olunub