-
- Dünən, 23:44
- 121
"Dolları bahalaşdıran həm də ermənilərdir"
Dolların bahalaşmasının səbəblərindən biri də miqrantlardır. Rusiyada milyonlarla miqrant qazandıqlarını iqtisadiyyatımızdan çıxararaq vətənlərinə göndərirlər. Artıq bir neçə ildir ki, bu köçürmələrin tam statistikası verilmir, amma sızan məlumatlara görə, bunlar böyük məbləğlərdir.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyev sosial şəbəkə hesabında yazıb.
“Məlumatlar dəyişir, lakin göründüyü kimi, Tacikistanın ÜDM-nin yarısı (2023-cü ildə 5,7 milyard dollar köçürülüb), Qırğızıstanın ÜDM-nin 1/3, Özbəkistanın ÜDM-nin 12-15%-i Rusiyadan transferlərdən ibarətdir və s. Həmçinin Gürcüstana (2 milyard dollardan çox), Ermənistana (3 milyard dollardan çox), Qazaxıstana külli miqdarda köçürmələr var.
Yəni Rusiyadakı miqrantlar və onların diasporları hər il bizim banklardan on milyardlarla dollar alır, valyutaya olan tələbatı və məzənnənin artımını süni şəkildə stimullaşdırır. Bu deyilənlərə əlavə edək: bütün “dost” MDB ölkələri Rusiya banklarına və MİR kartlarına qarşı sanksiyalar tətbiq etdi. İndi Rusiyadan bu ölkələrə rubl köçürmələri çətindir. Ona görə də miqrantlar nağd şəkildə valyuta alıb ölkədən çıxarırlar”, - o bildirib.