Sevgilisini öldürüb evin həyətində basdırmışdı...
    • 3-12-2024, 05:30
    • 231

Sevgilisini öldürüb evin həyətində basdırmışdı...


Sevgilisini öldürüb evin həyətində basdırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb.

News24.az report-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə hazırlıq iclası keçirilib.

Təqsirləndirilən Baxşəliyev Könül məhkəməyə video konfrans vasitəsi ilə qoşulub.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, hüquqları izah olunub.

Məhkəmə baxışı dekabrın 12-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2022-ci ilin may ayında itkin düşmüş Abşeron rayon sakini, 1965-ci il təvəllüdlü Bahar Məmmədovanın qəsdən öldürülməsi müəyyən edilib.

Belə ki, Bahar Məmmədovanın 2022-ci ilin may ayında itkin düşməsi faktı üzrə Abşeron rayon polis idarəsi və Abşeron rayon prokurorluğu əməkdaşlarının keçirdiyi çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun Masazır qəsəbəsində birlikdə yaşadığı evdə tanışı 1969-cu il təvəllüdlü Könül Baxşəliyev tərəfindən qısqanclıq zəminində boğularaq qəsdən öldürülməsi, daha sonra isə həmin evin həyətində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaqla müəyyən edilib ki, Könül Baxşəliyev 2 il müddətində öldürdüyü qadının təqaüdünü alaraq, dövlətə 7000 manata qədər quruma ziyan vurub.

İş üzrə Dövlət Sosial Müdafiə Fondu" Publik Hüquqi Şəxs də zərərçəkmiş kimi tanınıb.