5 yaşlı uşağın mədəsindən çıxanlar heyrətə düşürdü - 38 ədəd...
    • 3-12-2024, 10:20
    • 234

5 yaşlı uşağın mədəsindən çıxanlar heyrətə düşürdü - 38 ədəd...

Türkiyədə 5 yaşlı qız evdə oynadığı maqnit muncuq bilərziyi udub.

News24.az xəbər verir ki, vəziyyəti anlayan ailə övladı ilə birlikdə xəstəxanaya müraciət edib.

Əməliyyat zamanı uşağın bağırsağından 38 maqnit çıxarılıb.

Onu da qeyd edək ki, əməliyyatı həyata keçirən həkim belə hallarda mədə və bağırsaq deşilməsinin qarşısını almaq üçün erkən müdaxilənin vacibliyinə diqqət çəkib.

Günel Məlikzadə