İki idmançı yarış zamanı öldü

İki idmançı yarış zamanı öldü Hadisə

Almaniyada iki idmançı Konstans gölündə yarış zamanı ölüb. 

News24.az xəbər verir ki, Almaniya-İsveçrə Motorlu Qayıq Klubunun təşkil etdiyi "Dəmir Regatta" yarışlarında bədbəxt hadisə baş verib. İki idmançı yarışa başlayandan bir neçə saat sonra yoxa çıxıb. Noyabrın 30-da günorta saatlarında İsveçrənin Münsterlingen qəsəbəsinin yaxınlığında alman və ingilis idmançıların cəsədləri tapılıb.

Qeyd edək ki, ölüm hadisəsindən sonra yarış ləğv edilib. 

Hadisə bağlı araşdırma davam edir.

Ağa Dadaşzadə