-
- 3-12-2024, 11:19
- 290
Hansı uğuruna görə ona vəzifə verdilər?
La Liqa təmsilçisi "Alaves" yeni baş məşqçisinin adını açıqlayıb.
News24.az xəbər verir ki, bu təyinat sabiq "Alaves"lilərin ürəyincə olmayıb. Baş məşqçi Eduardo Koudetanı uğursuz, sıradan bir məşqçi adlandırıblar.
50 yaşlı argentinalının “Rosario Sentral”, “Tixuana”, “Rasinq”(Avelyaneda), “Selta”(Viqo), “Atletiko Mineyro” komandalarındakı fəaliyyətinin heç bir faydası olmdığını və "Alaves"də də eyni nəticənin göstərəcəyini güman edirlər.
Qeyd edək ki, tanınmış mütəxəssis mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək. Əgər tərəflər arasında razılıq əldə edilərsə, növbəti mövsümdə onunla bir illik müqavilə imzalanacaq.
"Alaves" hazırda La Liqada 14 xalla 15 turdan sonra 16-cı pillədə qərarlaşıb.
Ağa Dadaşzadə