İstanbulda əməliyyat - 55 şübhəli saxlanıldı

İstanbulda əməliyyat - 55 şübhəli saxlanıldı Kriminal

İstanbulda qanunsuz silah istehsalı, ticarəti və daşınması ilə məşğul olduğu iddia edilən 55 şübhəli yaxalanıb. 

News24.az yerli mətbuata istinadən xəbər verir ki, polisin keçirdyi reyd zamanı 100 tapança müsadirə olunub. 

İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin qrupları virtual patrul fəaliyyətləri zamanı bəzi şəxslərin sosial media hesablarında cinayət ünsürü hesab edilən şəxsi emalatxanalarında silah istehsal etdikləri və həmin silahlarla oğurluq, quldurluq cinayətləri törədiblər. 

Faktla bağlı araşdırmalar davam edir. 

Ağa Dadaşzadə