-
- 3-12-2024, 13:14
- 88
Azərbaycan millisinin futbolçusu iki oyunluq cəzalanıb
UEFA Azərbaycan millisinin futbolçusu Peritan Bozdağı iki oyunluq cəzalandırıb.
News24.az xəbər verir ki, buna 25 yaşlı hücumçunun Portuqaliyaya səfərdə uduzduqları (0:4) Avropa çempionatının pley-off mərhələsinin cavab matçında birbaşa qırmızı vərəqə alması səbəb olub.
Avropa futbol qurumu forvardın hərəkətini "ciddi kobud oyun" kimi qiymətləndirib.
P. Bozdağ UEFA bayrağı altında keçirilən növbəti iki matçda yığmaya kömək edə bilməyəcək.
Qeyd edək ki, Azərbaycan millisi Bakıda keçirilən ilk oyunda Portuqaliyaya 1:4 hesabı ilə məğlub olmuşdu.\\report