Leysan xarakterli yağış bu vaxta qədər davam edəcək

Leysan xarakterli yağış bu vaxta qədər davam edəcək Sosial

Leysan xarakterli yağış fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcək

Milli Hidrometeorologiya Xidmətinin News24.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında  yağıntılı hava şəraiti davam edir. Dekabrın 3-ü saat 13:00-a olan məlumata əsasən hazırda yarımadanın bəzi yerlərində yağıntılar leysan xarakterlidir.

Bunu Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. 

O qeyd edib ki, müşahidə olunan leysan xarakterli yağışın fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcəyi gözlənilir.