
-
- 3-12-2024, 16:23
- 226
İki qadın rayon mərkəzində saçyolduya çıxdı
Moldovada qadın sürücülər arasında yol vermək üstündə saçyolduya çıxıb.
News24.az yerli mediaya istinadla bildirir ki, hadisə Dubisari şəhərinin mərkəzi rayonunda baş verib.
"Nissan Note" markalı avotombilin sürücüsü "Kia Rio" markalı maşının sürücüsünə yol vermək istəməyib və söz "atışması" başlayıb. Mübahisə qısa müddətdə böyüyərək, əlbəyaxa davaya, daha sonra saçyolduya çevrilib.
Yolun ortasında bir-birinin saçını yolan qadınları yaxınlıqdakı kişilər ayırıb.
Ağa Dadaşzadə