-
- 3-12-2024, 18:20
- 190
Onlar Salahı istəmir
PSJ-nin prezidenti Nasser Əl-Xelaifi misirli futbolçu haqda fikrini bölüşüb.
News24.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa təmsilçinin rəhbərliyi "Liverpul"un futbolçusu Məhəmməd Salahı komandasında görmək istəmir.
O bildirib ki, "Salah möhtəşəm oyunçudur, onun oyunundan zövq alırıq, ancaq bizim maraq dairəmizdə olan bir futbolçu deyil". Eyni zamanda söhbətin maddiyyata görə olmadığını da vurğulayıb.
Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul"un forması ilə 20 görüşdə meydana çıxıb, 13 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Ağa Dadaşzadə