-
- Bu gün, 11:55
- 820
“Günəşli” yatağında neftçi öldü – FOTO
Xəzər dənizində yerləşən “Günəşli” neft yatağında neftçi qəfil vəfat edib.
News24.az Viral.az-a istinadla xəbər verir ki, yatağın 15 nömrəli platformasında qazmaçı işləyən Siyəzən rayonu Yenikənd kənd sakini Fərzəliyev Elman Əlikram oğlu dünən səhər saatlarında ürəktutmadan dünyasını dəyişib.
Yaxınları onun növbədən çıxmağına 1 gün vaxtının qaldığını bildiriblər.
Qeyd edək ki, bu gün “Günəşli” neft yatağındakı faciədən 9 il ötür. 2015-ci ilin 4 dekabr tarixində neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində 16 nəfər dünyasını dəyişib, 17 nəfər itkin düşüb. Həmin il 6 dekabr tarixi Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda matəm günü elan olunub.