-
- Dünən, 14:44
- 798
Qadının göz qapağından GÖRÜN NƏ ÇIXDI
Çinin Pekin şəhərində bir ofis işçisi göz narahatlığından şikayət etmək üçün getdiyi xəstəxanada təəccüblü tibbi hadisə ilə üzləşib.
News24.az xəbər verir ki, 41 yaşlı qadının yuxarı sağ göz qapağında canlı qurdlar aşkar edilib. Bu nadir hal tibb aləmində diqqət çəkib.
Xəstəxanaya müraciət edən qadın sağ gözündə daimi narahatlıq hiss edib. Həkimlər gözün səthində qıcıqlanma və zədələnmə aşkar ediblər və infeksiyanın qarşısını almaq üçün göz damcıları təyin ediblər. Lakin şikayətləri davam etdiyi üçün qadın bir aydan sonra yenidən xəstəxanaya müraciət edib.
İkinci müayinə zamanı həkimlər qadının göz qapağının altındakı toxumaların qızardığını, şişdiyini və iltihablandığını müşahidə ediblər.
Əlavə müayinə zamanı göz qapağının altında hərəkət edən dörd ağ qurd görünüb. Anesteziya tətbiq edildikdən sonra həkimlər qurdları diqqətlə çıxararaq laboratoriya müayinəsinə göndəriblər.
Laboratoriya müayinələri nəticəsində qurdların Thelazia callipaeda növündən olduğu müəyyən edilib. Bu parazit xalq arasında “Şərq göz qurdu” kimi tanınır və telaziya adlı xəstəliyə səbəb olur.
Parazit adətən heyvanların göz yaşları ilə qidalanan milçəklər vasitəsilə ötürülür. İnsanlarda nadir olsa da, əksər hallarda kənd təsərrüfatı bölgələrində və ya ev heyvanları ilə təmasda olan insanlarda rast gəlinir.
Məryəm İlhamqızı