329 nömrəli məktəbdə baş verən - DƏHŞƏTLİ HADİSƏ İLƏ BAĞLI AÇIQLAMA

329 nömrəli məktəbdə baş verən - DƏHŞƏTLİ HADİSƏ İLƏ BAĞLI AÇIQLAMA Hadisə

Dekabrın 4-də Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı (saat 12:10 radələrində) X sinif şagirdi digər şagirdə qəfildən kəsici alətlə xəsarət yetirib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən News24.az-a verilən məlumata görə, xəsarət alan şagirdə ilkin tibbi yardım göstərilib, dərhal təcili-tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib.

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb. 

Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı müvafiq araşdırma aparılır.