-
- 4-12-2024, 16:06
- 133
Boşanma qərarından əl çəkməyən arvadını güllələdi
Turqutluda bir restoranda qabyuyan işləyən Mehtap Yerbağ ötən ilin oktyabrında aralarında ciddi fikir ayrılığı olan 20 illik həyat yoldaşı, 4 övladının atası Mehmet Yerbağdan boşanmaq üçün məhkəməyə müraciət edib.
News24.az xəbər verir ki, bu proses zamanı ərinin onu hədələməsindən sonra Mehtap Yerbağ şikayət edib.
Turqutlu Ailə Məhkəməsi ötən oktyabrın 15-də Mehmet Yerbağ barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.
Boşanma davası davam edən Mehmet Yerbağ dünən həyat yoldaşı Mehtap Yerbağın işlədiyi restorana gəlib. Mehmet Yerbağ barışıq təklifini rədd edən Mehtap Yerbağa tapança ilə atəş açıb. Yerbağ bədəninin müxtəlif nahiyələrinə dəyən 3 güllədən ağır yaralanıb.
Günel Məlikzadə