-
- Dünən, 20:28
- 239
Kişini öldürüb meyitini peyinlə ÖRTDÜLƏR
Rusiyada qısaqanclıq zəminində kişilər tanışını öldürüb meyitini peyinlə örtüblər.
News24.az medianews.az-a istinadən xəbər verir ki, cəsəd yalnız iki aydan sonra aşkar edilib.Müstəntiqlərin fikrincə, kişilər zərərçəkmişlə ferma ərazisində içki içiblər. Onlar arasında qadına qarşı qısqanclıq zəminində münaqişə yaranıb. Kişilər zərərçəkəni şiddətli şəkildə bir neçə dəfə döyüblər. Sonra isə ərazidən uzaqlaşıb yatmağa gediblər.
Səhər zərərçəkənin nəfəs almadığını görüblər və onu suvarma kanalının kənarına aparıb üstünü oraya peyinlə örtüblər.Həmin şəxslərə qarşı cinayət işi açılıb. Hər iki təqsirləndirilən şəxs özlərini təqsirli biliblər və həbsdədirlər. İstintaq artıq yekunlaşıb və kişilər yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaq.