Adanada şəhid konvoyunda qəza - Yaralılar var

Adanada şəhid konvoyunda qəza - Yaralılar var Dünya

Adanada təşkil edilən mərasimdən sonra Feke mahalına doğru hərəkət edən şəhid konvoyunda olan avtomobil qəzaya uğrayıb. 

News24.az yerli mətbuata istinadən xəbər verir ki, qəzada biri ağır olmaqla 4 nəfər yaralanıb. Yaralılar arasında şəhidin bibisinin də olduğu məlum olub.

Yaralılar vaxtında xəstəxanaya çatdırılıb. Yaralıların vəziyyətlərinin ağır olmadığı bildirilib. 

Faktla bağlı araşdırma davam edir.

Ağa Dadaşzadə