-
- 4-12-2024, 16:31
- 141
Bir həftə çörək yeməsək nə olar?
Çörək ən çox istifadə edilən qidalardan biridir. Hər evdə olan və süfrənin baş tacı olan çörəyi düzgün istehlak etmək sağlamlıq üçün vacibdir. Mütəxəssislər xüsusilə sağlamlıq baxımından ağ çörək istehlakının azaldılmasını və bunun yerinə çox taxıllı çörəklərə üstünlük verilməsini tövsiyə edir.
Bəs, bir həftə çörək yeməsək nə olar?
News24.az xəbər verir ki, karbohidrat istehlakının əhəmiyyətli bir hissəsini çörəkdən istehlak edən fərdlər üçün bir həftə çörək yeməməyin bədənə müxtəlif təsirləri ola bilər. Çörəksiz bir həftə ərzində baş verə biləcək dəyişikliklər bunlardır:
1. Çörəkdə sürətli enerji verən sadə karbohidratlar var. İstehlak edilmədikdə, bədən enerji ehtiyacını ödəmək üçün yağ və zülallardan istifadə etməyə başlayır. Bu proses zamanı yorğunluq və konsentrasiya itkisi baş verə bilər.
2. Karbohidrat qəbulu azaldıqda, bədən yığılmış su və glikogendən istifadə etməyə başlayır. Bu, sürətli kilo itkisinə səbəb ola bilər. Ancaq bu qalıcı olmayacaq.
3. Tam buğda kimi lifli çörəkləri istehlak etməmək lif çatışmazlığına səbəb ola bilər. Bu, qəbizlik kimi həzm problemlərinə səbəb ola bilər. Alternativ lif mənbələri istehlak edilmədikdə, bağırsaq hərəkətləri yavaşlaya bilər.
4. Çörək yeməyi dayandıran insanlarda qan şəkərinin səviyyəsi daha stabil ola bilər. Ancaq bu, insandan insana dəyişə bilər və diabet xəstələri üçün nəzərə alınması lazım olan bir vəziyyətdir.
5. Çörək yerinə tərəvəz, tam taxıl və zülal kimi daha balanslı alternativlərin istehlakı uzun müddətdə sağlam bir pəhrizin qapısını aça bilər.
Mütəxəssislər, karbohidratları həyatınızdan tamamilə çıxarmaqdansa, balanslı şəkildə istehlak etməyin daha davamlı və sağlam olduğunu vurğulayırlar. Çörək istehlakını tərk etməyi düşünürsünüzsə, dietoloqdan dəstək almağı unutmayın.
Günel Məlikzadə