Cütlüklərin xoşbəxtliyinin sirri ayrı yaşamaqdır?
    • 4-12-2024, 16:55
    • 105

Cütlüklərin xoşbəxtliyinin sirri ayrı yaşamaqdır?

Yeni bir araşdırma, 60 və daha yuxarı yaşda olan cütlərin "ayrıca yaşayıb birlikdə davam etdikdə" daha xoşbəxt olduqlarını ortaya qoyub.

News24.az xəbər verir ki, hələ nəşr olunmamış tədqiqat, 400,000 ev təsərrüfatını və ya təxminən 100,000 insanı əhatə edən Böyük Britaniyanın Ev Təsərrüfatı Uzunlamasına Tədqiqatının məlumatlarını təhlil edib.

Əldə edilən məlumatlar 100 min insanı əhatə edib. 12 il ərzində 60 və daha yuxarı yaşda olan şəxslərin psixi sağlamlıqlarını münasibət tiplərinə görə araşdırıb.

Tədqiqatçılar bu yaş qrupunda LAT (birlikdə ayrı yaşamaq) münasibətlərinin evlilik və ya birgə yaşamaqdan fərqli təsir göstərdiyini müşahidə ediblər.

Araşdırma, birlikdə yaşamaqdansa, ayrı yaşamağı seçən cütlüklərin subay olanlara nisbətən daha yaxşı psixi sağlamlıqlarının olduğunu ortaya qoyub. Xüsusilə, LAT münasibətlərini tərk edənlərin psixi sağlamlığı boşanan və ya birgə yaşayışa son verənlərə nisbətən daha az mənfi təsir göstərir.

Məlumatlara görə, yaşı 60-dan yuxarı olan subay qadınlar evlilikdən 10 dəfə çox LAT münasibətlərinə girirlər. Kişilər üçün bu göstərici evlilikdən təxminən 10 dəfə, birgə yaşayışdan isə 20 dəfə yüksəkdir. LAT münasibətləri xüsusilə gender-bərabər tərəfdaşlıq modeli kimi seçilir.

Tədqiqatçılar LAT əlaqələrinin uzunmüddətli bir razılaşma olduğunu və bu modelin Qərb ölkələrində geniş yayıldığını vurğulayırlar. Bu cür münasibətlərdə ayrılığın psixi sağlamlığa daha yüngül təsirləri olduğu da bildirilir.

Günel Məlikzadə