-
- 4-12-2024, 17:01
- 131
2 həftə ərzində “naməlum xəstəlikdən” ölənlərin sayı açıqlandı
Konqo Demokratik Respublikasının Kvanqo əyalətində 2 həftədə 143 nəfərin ölümünə səbəb olan xəstəliyin adı "naməlum xəstəlik" olaraq açıqlanıb.
News24.az xəbər verir ki, Panzidə son 2 həftədə 143 nəfərin "naməlum xəstəlik" səbəbiylə öldüyü bildirilib.
Açıqlamada Konqo Milli Biotibbi Tədqiqat İnstitutundan epidemiya xəstəlikləri üzrə ixtisaslaşmış bir qrupun bölgədə fəaliyyətə başladığı və xalqın əl sıxmamaq, müntəzəm olaraq əlləri yumaq və zərurət olmadıqca çölə çıxmamağa çağırıldığı bildirilib.
Xəstələrdə müşahidə edilən əlamətlərə qızdırma, baş ağrısı, öskürək, solğunluq və anemiya daxildir.
Məryəm İlhamqızı