Avtomobil bazarında olan durğunluğun səbəbi?
    • Dünən, 22:28
    • 95

Avtomobil bazarında olan durğunluğun səbəbi?

Avtomobil bazarında satışlar azalıb. Satıcılar müştəri olmadığından şikayət edərkən, müştərilər avtomobillərin qiymətlərinin baha olduğunu vurğulayır.

Bəs avtomobil bazarında olan bu durğunluğun səbəbi nəd ir?

News24.az yenisabah.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlıbig.az-a açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosasiasının direktoru Eyyub Əliyev bildirdi ki, maşın bazarında satışların zəifləməsinin bir neçə səbəbi var. Səbəblərdən biri budur ki, ilin sonu olduğu üçün rəsmi diler və avtomobillərdə endirim kompanyaları başlayıb. Avtomobillərə 6-7 min manatlıq endirimlər edilib:

"İnsanlar da köhnə avtomobillərdənsə yenilərini alır. Təzə alınan avtomobillərin minimum 5 il zəmanəti olur. Bu da alıcılar üçün fürsət hesab edilir. Digər tərəfdən 2-ci əl avtomobillərin alınmamasının səbəbi insanların artıq avtomobillərini maşın bazarından deyil, xüsusi yerlərdən seçərək almasıdır.

İlin sonunda hər zaman yeni avtomobillərdə olmasa da, ikinci əl avtomobillərin satışında durğunluq yaşanır. Ikinci əl avtomobillərdə hər zaman dekabr və yanvar aylarında satışları zəifləyir.

Məsələnin digət tərəfi isə utilizasiya prosesinin başlaması ilə bağlı mətbuatda gəzən məsələlərdir. İnsanlar baxır ki, köhnə avtomobil alsalar o, utilizasiyaya düşə bilər. Bu suallarda vətəndaşları narahat edir. Bunu nəzərə alıb insanlar köhnə avtomobillərdən qaçırlar".