Qorxu filmləri sağlamlığımızı qoruyur
    • Dünən, 23:43
    • 98

Qorxu filmləri sağlamlığımızı qoruyur

Danimarkanın Orhus Universitetinin alimləri qorxu hissi ilə immunitet sisteminin vəziyyəti arasında gözlənilməz əlaqə aşkar ediblər.

News24.az lent.az-a istinadən bildirir ki.xəbərinə görə, məlum olub ki, qorxu filmləri və ya tərk edilmiş perili evlərə baş çəkmək kimi qorxulu təcrübələr təkcə emosional vəziyyətə və ürək döyüntüsünə deyil, həm də orqanizmi xəstəliklərdən qoruyan sistemin fəaliyyətinə təsir göstərir.

Təcrübədə aşağı səviyyədə iltihabı olan 22 nəfər iştirak edib. İştirakçılar qorxunc nömrələrin təqdim edildiyi köhnə evdə 50 dəqiqə keçiriblər. Maraqlıdır ki, bundan sonra həmin şəxslərin orqanizmində iltihabi proseslər 81 faiz azalıb.

91 könüllü üzərində aparılan başqa bir araşdırma da oxşar təcrübələrdən sonra immunitet sistemindəki dəyişiklikləri təsdiqlənib. Elm adamları bu təsirin adrenalin və endorfinlərin artması nəticəsində yarandığını deyiblər.

Qorxu və immunitet funksiyası arasındakı əlaqə keçmişdə kifayət qədər öyrənilməmişdir. Təcrübələr zamanı tədqiqatçılar şişlərdən və patogenlərdən qorunmaqda əsas rol oynayan limfositlər və monositlər kimi immun hüceyrələrin sayının azaldığını müşahidə ediblər. İltihabi olmayan insanlarda ağ qan hüceyrələrinin, o cümlədən eozinofillər və bazofillərin sayının azalması xüsusilə nəzərə çarpırdı.