Nəyə görə xəstələr səhərəyaxın ölür? – Həkim səbəbi açıqladı
    • Dünən, 23:49
    • 278

Nəyə görə xəstələr səhərəyaxın ölür? – Həkim səbəbi açıqladı

Əksər xəstəxanalarda və eləcə də evdə xəstə ölümləri, infarktlar səhərəyaxın qeydə alınır. Saat 5-6 aralığı kritik saatdır. 
 News24.az “medicina”-a istinadən xəbər verir ki, tibb elmləri doktoru Yuriya Serebryanskaya bunun səbəbini orqanizmdə ürək ritmi və çirkad ritmlərin bu saatda dəyişməsi ilə əlaqələndirib.

Belə ki, orqanizm gecə növbəsindən səhər rejiminə məhz 5-6 arası keçir, bu zaman ürək-damar sistemi yüklənir. “Adətən təcili yardımı da ya gecə yarı, ya da səhərəyaxın çağırırlar. Bu zaman ürək ağrıları artır.

 Təzyiq də gündüz, gecə və səhər təzyiqi olur. Gecələr təzyiqi çox qalxan insanlarda bu beyin insultu ilə nəticələnir. Əgər təcili yardımı səhər tezdən çağırırlarsa, deməli orda ya infarktdır, ya da insult.Ona görə də xəstələr gecələr təzyiqin qaxlmamasına fikir verməlidir”.