-
- 5-12-2024, 13:49
- 74
Maltada ATƏT XİN Şurasının iclası başlayıb
Malta Respublikasının paytaxtı Valettada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (ATƏT Xarici İşlər Nazirləri Şurasının) iclası başlayıb.
News24.az xəbər verir ki, ikigünlük iclas çərçivəsində ATƏT-ə üzv 57 ölkənin xarici işlər nazirləri Avro-Atlantik və Avrasiya məkanında təhlükəsizlik vəziyyətini müzakirə edəcək və qiymətləndirəcəklər.
Qeyd edək ki, iclasda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.