Zelenski Gürcüstanın baş nazirinə sanksiya tətbiq etdi
    • 5-12-2024, 14:30
    • 146

Zelenski Gürcüstanın baş nazirinə sanksiya tətbiq etdi

Ukrayna prezidenti Vladimir Zelenski baş nazir İrakli Kobaxidze və hakim “Gürcü Arzusu” partiyasının lideri Bidzina İvanişvili də daxil olmaqla, Gürcüstan hakimiyyətinin 19 nümayəndəsinə qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.

News24.az xəbər verir ki, dövlət başçısı tərəfdaşları da öz mövqelərini bəyan etməyə çağırıb.

Qeyd edək ki, Gürcüstanda hökumətin Avropaya inteqrasiyanı 2028-ci ilə qədər dayandırmaq qərarına etiraz olaraq başlayan aksiyalar davam edir.

Baş nazir İrakli Kobaxidzenin ölkənin 2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamayacağı barədə bəyanatından sonra Tbilisi və Gürcüstanın digər şəhərlərində etirazlar başlayıb.

Noyabrın 28-də Kobaxidze bildirib ki, bəzi avropalı siyasətçilər Gürcüstanın daxili işlərinə qarışır və Tbilisini qrantlarla şantaj edirlər. "Bütün bunları nəzərə alaraq, biz 2028-ci ilin sonuna qədər Aİ ilə danışıqlara başlamaq məsələsini müzakirəyə çıxarmamaq qərarına gəldik", - Gürcüstan hökumətinin başçısı bildirib.

Aynurə