Bakıda təcili yardım maşını aşdı - Hadisə yerindən GÖRÜNTÜLƏR

Bakıda təcili yardım maşını aşdı - Hadisə yerindən GÖRÜNTÜLƏR Hadisə

Bakıda yol nəqliyyat hadisəsi baş verib.

News24.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, "Khazar" markalı maşınla "Mercedes-Benz" markalı təcili tibbi yardım avtomobili toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, təcili yardım avtomobili isə aşıb.