"Gənclər doğmurlar, bizə daha çox doğan lazımdır"
    • 5-12-2024, 16:35
    • 253

"Gənclər doğmurlar, bizə daha çox doğan lazımdır"

“İndiki zamanda gördüyüm qədərilə, mənim ətrafım və sosial şəbəkədən aldığım informasiyalar onu deyir ki, kimdir qaynana ki, o yatmayana qədər onu gözləməliyəm?”

News24.az xəbər verir ki, bunu "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın yeni layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı, professor Məhəbbət Dəmirçiyeva deyib:

“Mənim qaynanam çox tanınmış bir xanım idi. Mən artıq professor idim, onunla harasa gedəndə hər o gələndə ayağa qalxırdım. O mənə demirdi ki, sən niyə qalxmırsan ayağa? Sadəcə bu, mənim mədəniyyətim idi. 

Allah Atatürkə rəhmət eləsin, deyirdi ki, qadın nə qədər oxuyub savadlı olarsa, cahillik bir o qədər aradan qalxar. Mən oxumuş bir adam idim, o da respublikanın tanınmış həkimi idi.  O gələndə mən ayağa qalxmağımla nə aşağı enirdim, nə də dağın başına qalxırdım. 

Bir qızı alanda anasını yoxla, gör, onun həyat yoldaşı evdə kişi kimi qəbul edilirmi? Ondan sonra onun qızını alıb gətir ki, sənin oğlunun yanında onu kişi edəcək xanım olsun. Bizim qadınlarımız arasında son vaxtlar və əvvələr də öz ayağı üstə duranları yetəri qədərdir. Onların tərbiyəsini pozan bizlərik, bizdən nümunə götürürlər, biz böyüklərdən. Bizim o telekanallarda düzgün olmayan söhbətlərdən tərbiyə alırlar. Sözə bax, deyir dövlətə niyə minnət qoyursan ki, dünyaya uşaq gətirmisən? Sevilin, sevişin, yaxşı dolanın. Bunu kimi deyir, illərin bir aparıcısı. O uşağı doğun ki, vətəni müdafiə eləsin, o uşaqlar doğulmasaydı, ermənidən torpaqlar necə alınacaqdı? Vallah, mən çox narazıyam telekanallardan. Niyə 2-3 elə aparıcı cəzalandırılmır? Axı onlar insanın psixologiyasını korlayırlar. Tam ciddi, gənclər doğmurlar, əksəriyyəti 1-2 uşaqla kifayətlənir. Bizə daha çox doğan lazımdır, çünki bizim göz-gözə, diz-dizə oturan düşmənimiz var”.


Ağa Dadaşzadə