Bu qidalar 3 həftədə depressiyanı aradan qaldırır
Sağlamlıq
Scientific Reports jurnalında dərc edilən araşdırmada; ABŞ, Danimarka, Avstraliya və İsveç kimi ölkələrdən əldə edilən məlumatlar araşdırılıb.
Tədqiqatda iştirak edən 3483 nəfərin ilkin məlumatlara görə yaşı 45 və yuxarı olub. Bu araşdırmada, gənc fərdlər üzərində aparılan oxşar araşdırmalardan fərqli olaraq, sonrakı yaşlarda qidalanmanın sağlamlığa necə təsir etdiyi müşahidə edilib.
News24.az xəbər verir ki, iştirakçılardan gündəlik yemək vərdişləri və təzə qidaları nə qədər tez-tez qəbul etdikləri barədə soruşulub. Depressiya əlamətləri dörd fərqli sorğuda suallarla ölçülüb.
Populyar araşdırmanın nəticələrinə görə, meyvə-tərəvəzdən müntəzəm istifadə edən insanların psixi sağlamlığının daha yaxşı vəziyyətdə olduğu müəyyən edilib.
Yaş, cins, təhsil vəziyyəti və bədən kütlə indeksi kimi faktorların da nəzərə alındığı araşdırma, sağlam qidalanmanın beyin sağlamlığı üçün bir çox faydası olduğunu ortaya çıxarıb.
Vitaminlər və liflə zəngin bir pəhrizin beyinə sağlam qan axını saxlamağa kömək etdiyi, bütün bədəni qidalandırdığı aşkar edilib. Təzə qida istehlakının bağırsaq sağlamlığını yaxşılaşdıraraq zehni sakitləşdirməyə kömək edə biləcəyi də ifadə edilib.
Mütəxəssislər balıq, eləcə də müxtəlif meyvə və tərəvəzlərin istehlakının depressiyanı cəmi 3 həftəyə bitirə biləcəyini bildiriblər.
Belə ki, bağırsaqlar serotonin adlı beyin nörotransmitterinin 90 faizini istehsal edir. Serotonin əhval-ruhiyyə, yuxu rejimi və ümumi xoşbəxtlik hissləri ilə əlaqələndirilir. Bağırsaqlardakı balanssızlıq, depressiya və narahatlıq kimi psixoloji problemlərə səbəb ola biləcək serotonin istehsalına təsir göstərə bilər.
Günel Məlikzadə