Yeddi yaşlı uşaq qardaşını güllələdi
    • 5-12-2024, 18:55
    • 287

Yeddi yaşlı uşaq qardaşını güllələdi

Kaliforniyada məktəb yaşlı uşaq təsadüfən iki yaşlı qardaşını güllələyib.

News24.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb

Xəbərə görə, uşaqlar atalarının maşınında nəzarətsiz qalıblar. Yeddi yaşlı böyük qardaş maşında tapança tapıb. O, odlu silahla oynamaq istəyib və təsadüfən yanında oturan iki yaşlı qardaşına atəş açıb.

Hadisə yerinə təcili yardım çağırılsa da, uşağı xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.