
-
- 6-12-2024, 10:32
- 164
"Tottenham" yenə peşman etdi
İngiltərə Premyer Liqasının 14-cü turuna yekun vurulub.
News24.az xəbər verir ki, "Tottenham" səfərdə "Bornmut"a məğlub olub. Görüşün 17-ci dəqiqəsində "Bornmut"un müdafiəçisi Can Huiysen "Tottenham"i məyus edib. Bu oyunda vurulan yeganə qol olub - 1:0.
Qələbə sayəsində ev sahibləri xallarını 21-ə çatdıdararaq, 9-cu pilləyə yüksəlib.
Qeyd edək ki, "Tottenham" bu məğlubiyyətdən sonra 10-cu yerə düşüb.
Ağa Dadaşzadə