Yeni il atəşfəşanlığı - OLMAYACAQ

Yeni il atəşfəşanlığı - OLMAYACAQ Maraqlı

Bu il Rusiyanın paytaxtı Moskvada Yeni il atəşfəşanlığının təşkili nəzərdə tutulmayıb. 

News24.az Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə “RİA Novosti”yə Moskvanın meri Sergey Sobyanin məlumat verib. 

Qeyd edək ki, Moskva 2022-ci ildən Yeni il atəşfəşanlığını ləğv edib. Şəhər hakimiyyəti artıq üçüncü ildir ki, bu qərarı verir.