İki general çağırış etdi: ordu məhv ediləcək
    • 6-12-2024, 12:15
    • 2 758

İki general çağırış etdi: ordu məhv ediləcək

Qərbdə Ukraynanın Rusiya ilə müharibəni uduzması və Prezident Vladimir Putinin yaxın illərdə Şərqi Avropaya daxil olacağına dair qorxu artır. 

 News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə “The Times” qəzeti çıxış edib.

Qəzet yazır ki, Britaniyadakı hərbi rəhbərlik ölkənin 2027-ci ilə qədər müharibəyə tam hazır olmasını düşünür. “The Times”a danışan general Ceyms Everard hesab edir ki, əgər Putin NATO ilə döyüşmək qərarına gələrsə, o, zərbəni 2027-də endirəcək:

“Ordu döyüş gücünü dəstəkləməlidir. Biz bilirik ki, böyük olmayan ordular konfliktin ilk mərhələsində məhv edilirlər”.

Britaniyanın veteran işləri naziri Alister Karns isə xəbərdarlıq edib ki, əgər Britaniya ordusu bir il ərzində Rusiya ilə müharibəyə cəlb olunarsa, o, tam məhv olacaq:

“Genişmiqyaslı müharibədə, yəni  Ukraynadakı kimi vəziyyətdə bizim ordumuz indiki şərtlər daxilində 6 ay, ya da bir il ərzində yox olacaq”.

Britaniyanın ordusunun komandanı admiral Toni Radakin isə bundan öncə krallığın Müdafiə Tədqiqatları İnstitutunda çıxışı zamanı nüvə təhdidi barədə xəbərdarlıq edib. O, dünyanın hazırda üçüncü nüvə erası ərəfəsində olduğunu və gələcəklə bağlı vəziyyətin əvvəlkindən daha mübahisəli, təhlükəli olduğunu bildirib.