-
- 6-12-2024, 15:03
- 162
Narinin qatilləri üçün tələb edilən cəzalar AÇIQLANDI
8 yaşlı Narin Güranın qətli ilə bağlı aparılan istintaqda yeni hadisə baş verib.
News24.az xəbər verir ki, istintaqı aparan prokuror materiala mahiyyəti üzrə rəyini təqdim edib.
Prokuror dörd müttəhimə şərikli adam öldürmə ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzası istəyib.
Bu müttəhimlər Narinin anası Yüksel Güran, böyük qardaşı Enes Güran və əmisi Səlim Güran və meyiti daşıdığını etiraf edən qonşuları Nevzat Bəhtiyardır.
Qeyd edək ki, dörd müttəhimin hakim qarşısına çıxacağı tarix 26 dekabr cümə axşamıdır.
Günel Məlikzadə