"Milan" "Atalanta" ilə üz-üzə

"Milan" "Atalanta" ilə üz-üzə İdman

Seria A-da bu gün mərkəzi görüş var. 

News24.az xəbər verir ki, bu il çempionluq yolunda inamla irəliləyən "Atalanta" "Milan"ı qonaq edəcək. 14-cü tura təsadüf edəcək qarşılaşma "Milan" üçün olduqca əhəmiyyət kəsb edir. 

Belə ki, turnir cədvəlinin 7-ci sırasında qərarlaşan Milan təmsilçisi üçün 3 xal hava-su kimi lazımdır. Artıq qonaqlar "Atalanta"nı 3 oyundur ki, məğlub edə bilmir. İkisi liqa, biri kubok matçına təsadüf edən görüşlərdə 2 dəfə ev sahibləri qalib gəlib, birində isə heç-heçə qeydə alınıb. 

Qeyd edək ki, "Atalanta" hazırda 31 xalla ikinci sırada qərarlaşıb. 

Ağa Dadaşzadə