Renatdan xoş xəbər

Renatdan xoş xəbər İdman

Ankaragücü"də çıxış edən millimizin üzvü zədəsini sağaldıb.

News24.az xəbər verir ki, bir müddət öncə əməliyyat olunan millimizin üzvü bərpa prosesini başa vurub.

25 yaşlı Renat Dadaşov 2 gündür məşqlərə başlayıb. Renat kollektivlə birlikdə növbəti oyunun hazırlıqlarına başlayıb.

Qeyd edək ki, Renat Dadaşov mövsümün əvvəlindən "Ankaragücü"də çıxış edir. Azərbaycanlı hücumçu I Liqa təmsilçisinin heyətində meydana çıxdığı 9 görüşdə 2 qol vurub və 1 məhsuldar ötürmə  edib.

Ağa Dadaşzadə