Ödəmə terminalından səhvən başqasına göndərilən pulları necə geri almaq olar?
    • 7-12-2024, 22:40
    • 678

Ödəmə terminalından səhvən başqasına göndərilən pulları necə geri almaq olar?

Xəstə anasına dərman almaq üçün tanışına ödəmə terminalı vasitəsilə pul göndərmək istədi, səhvən başqasının kart hesabına getdi....

News24.az Xəzər TV-yə istinadən bildirir ki, belə bir hadisə Zərdab rayonu, Fəhlə qəsəbəsi 21 ünvanında yaşayan yaşayan Namiq Seyidovun başına gəlib. O diqqətsizlik ucbatından 500 manat pulu başqasının kartına göndərib.

Vətəndaş öncəliklə ödəmə terminalının aid olduğu şirkətlə danışıb. Həmin şirkət vətəndaşa banka müraciət etməyi məsləhət görüb.  Namiq Seyidov pulun qaytarılması ilə bağlı bankdan da müsbət rəy ala bilməyib.

Ödəniş xidməti təchizatları bildirir ki, ödəniş xidmətləri, ödəniş sistemləri haqda qanuna əsasən, ödəyici tərəfindən səhv icra edilmiş əməliyyatlara görə, ödəniş xidməti təchizatçıları məsuliyyət daşımır, lakin müştəri məmnuniyyətinin təmin edilməsi, ödənişin geri qatırılması üçün müəyyən tədbirlər görülə bilər.

Azərbaycan Banklar Asossiyasiyasından isə bildirildi ki, səhvən başqasının kartına pul göndərən şəxs ilk növbədə öz bankına müraciət etməlidir. Bank da səhvən göndərilən hesabın hansı banka aid olduğunu müəyyənləşdirməli və müştəriyə problemi həll etməkdə dəstək olmalıdır. Lakin bank bu dəstəyi göstərməyə də bilər. Çünki qanunvericilikdə belə müddəa yoxdur. Yəni kiminsə kartına səhvən pul göndərsəniz bunu geri almağınız müşkül məsələdir. Çünki bankın pulu sizə geri qaytarmaq kimi bir öhdəliyi mövcud deyil.

Xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: