Xalq artistinin başına Dəhşətli İş Gəldi

Xalq artistinin başına Dəhşətli İş Gəldi Hadisə


Rusiyanın Xalq artisti, aktrisa Raisa Ryazanova fırıldaqçıların qurbanı olub.

News24.az Söz az-a istinadən xəbər verir ki, onun 4 milyon rublunu mənimsəyiblər.

Fırıldaqçılar ənənəvi olaraq özlərini Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları kimi təqdim edərək qadını bank hesablarının təhlükəsiz olmadığına inandırıblar. 

Onların göstərişi ilə Ryazanova hesabından 4 milyon rubl çıxararaq naməlum gəncə verib.

Polis Raisa Ryazanova ilə profilaktik söhbət aparıb. 

Qeyd edək ki, aktrisa "Moskva göz yaşlarına inanmır" və "Gözəl doğulma" filmlərindəki rolları ilə tanınır.