Əsədin sarayı yanıb

Əsədin sarayı yanıb Dünya


Suriyanın istefa vermiş prezidenti Bəşər Əsədin Dəməşqdəki sarayı tamamilə qarət edilib və sonra yanğın olub.

Lent.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

"Suriya paytaxtında Bəşər Əsədin prezident sarayının qəbul zalı yandırılıb", - agentliyin materialında qeyd olunur.

Bundan əvvəl İsrailin "Times of Israel" qəzeti Suriya prezidenti Bəşər Əsədin dəbdəbəli evinin paytaxt Dəməşqdə hakimiyyətin ələ keçirilməsindən sonra qarət edildiyini yazıb.