-
- 8-12-2024, 18:56
- 965
Bu yaşdan sonra arıqlamaq TƏHLÜKƏLİDİR
Əvvəllər 60 yaşdan sonra arıqlamağın zərərli olduğuna inanılırdı, lakin məlum oldu ki, pəhrizlər hətta daha gənc yaşlardan belə təhlükəlidir...
Lent.az xarici mətbuata istinadla bildirir ki, bir qrup çinli və amerikalı alimin fikrincə, 30 yaşdan sonra arıqlamaq sağlamlığınızı təhdid edə bilər. Alimlər sübut ediblər ki, otuzdan sonra, eləcə də orta və qocalıqda arıqlamaq gələcəkdə Alzheimer xəstəliyinin inkişafı ilə nəticələnər.
Tədqiqatçılar əvvəllər piylənmənin ölçüsü olan bədən kütləsi indeksinin qocalıqda demans inkişaf riskinin artması ilə əlaqəli olduğunu aşkar etdilər. Ancaq bu əlaqə mübahisəli olaraq qalır - orta yaşda əlavə çəkilər qocalıqda daha çox demensiya riski ilə əlaqələndirilir, yaşlı insanlarda artıq çəki isə bu riski azalda bilib.
Çin və Amerika alimlərinin apardığı araşdırmada 2045 nəfərin məlumatları təhlil edilib.
Alimlər belə nəticəyə gəliblər ki, normal beyin funksiyasına təkcə çəki artımı deyil, həm də çəki itirilməsi və bunun baş verdiyi yaş təsir edir.
Ən həssas olanlar, birdən-birə əlavə çəki qazanan və sonra da qəfildən itirən insanlar olur. Otuzdan sonra kəskin şəkildə arıqlayan insanlarda Alzheimer xəstəliyinə tutulma riski yüksəkdir. Erkən orta yaşda kökəlmiş, sonra orta yaşın sonlarında kəskin şəkildə arıqlayan insanlarda risk ən yüksək olub.