Əsədin hökmranlığına son qoyan Culani kimdir? - Maraqlı faktlar
    • 8-12-2024, 23:26
    • 1 202

Əsədin hökmranlığına son qoyan Culani kimdir? - Maraqlı faktlar


Suriya müxalifətinin lideri Əbu Muhəmməd Əl-Culani (əsl adı: Əhməd Hüseyn əl-Şaraa) 1982-ci ildə Ər-Riyad şəhərində doğulub və 7 yaşına qədər orada yaşayıb. 2003-cü ildə İraqda “Əl-Qaidə”yə qoşulub.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, 2006-cı ildə ABŞ-ın silahlı qüvvələri Əl-Culanini həbs edib. Gələcək lider 2011-ci ilə qədər ABŞ zindanında qalıb. 2012-ci ildə azadlığa çıxandan sonra “Əl-Qaidə”nin Suriya bölməsi olan “Cəbhət ən-Nüsra”nı yaradıb. İŞİD-in gələcək lideri, 2019-cu ildə qətlə yetirilən Əbu Bəkr əl-Bağdadi ilə əməkdaşlıq edib.

“Cəbhət ən-Nüsra” qısa müddətdə Bəşər Əsədin nəzarət etmədiyi əraziləri, o cümlədən, İdlib şəhərini ələ keçirməyi bacarıb. Həmin dövrdə Əl-Culani tez-tez bəyan edirdi ki, Suriyada xristianlara və ələvilərə (şiələrə) yer olmayacaq.

2016-cı ildə Əl-Culani “Əl-Qaidə” ilə əlaqələrini qırır, onun ideologiyasından imtina edir və özünə sadiq insanlarla “Cəbhət Fəth əş-Şam” təşkilatını qurur.

2017-cil ildə İdlibdə “Həyat Təhrir əş-Şam” adlanan daha bir qruplaşma yaradır. Qrupun əsas məqsədi iranpərəst qüvvələri ölkədən qovmaq və Bəşər Əsədi devirmək idi.

2021-ci ildə qrupun imicini yaxşılaşdırmaq üçün Əl-Culani bəyan edir ki, məqsədi yeni “İslam Dövləti” yaratmaq deyil, sadəcə, Suriyanı azad etməkdir.

Qeyd edəkk ki, Əl-Culanı özünü radikal islamçı hesab etmir. Qadınların hicab örtməməsinə, kişilərin siqaret çəkməsinə icazə verir.