19 yaşlı qadın pəncərə silərkən yıxıldı
    • 7-08-2018, 20:00
    • 1 384

19 yaşlı qadın pəncərə silərkən yıxıldı

Sumqayıt şəhərində 19 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 8-ci mikrorayon ərazisində baş verib. 
Belə ki, şəhər sakini, 1999-cu il təvəllüdlü Nərmin Rauf qızı Əmirli yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

Qadının həyat yoldaşının bildirdiyinə görə, hadisə ehtiyatsızlıqdan baş verib: "Həmin vaxt hamı evdə idi. Mən o biri otaqda idim, birdən digər otaqdan qışqırıq səsi eşitdim. Dərhal otağa qaçdım, gördüm ki, yoldaşım pəncərədən aşağı düşüb".
 
Onun sözlərinə görə, N.Əmirli şüşə silmək məqsədi ilə pəncərəyə çıxıb və müvazinətini itirərək yerə yıxılıb.
Qeyd edək ki, N.Əmirli 1 uşaq anasıdır.

Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.