-
- 9-12-2024, 10:13
- 212
Öncə arvadını, sonra uşağını öldürüb...
Türkiyədə Leyla Ç. (50) adlı qadın yeni aldıqları mənzilini təmizləməyə gedib. Bir müddət sonra qadının əri Zəfər Ç. (46) də arvadının yanına gedib. Cütlük arasında naməlum səbəbdən mübahisə yaranıb.
News24.az xəbər verir ki, mübahisə zamanı Leyla Ç başından güllə yarası alıb və küçədə binanın qarşısında öldürülüb. Qətli törətməkdə şübhəli bilinən ər 8 yaşlı oğlu M.Ç.-ni də götürərək hadisə yerindən qaçıb.
Şübhəli ötən gecə özü ilə apardığı 8 yaşlı oğlu M.Ç.-ni öldürərək i*tihara cəhd edib.
Vətəndaşlardan gələn xəbərdən sonra polis qrupları mərkəzi Toroslar rayonunun kənd ərazisindəki bir otelin ərazisinə gedərək 8 yaşlı uşağın başından tapança ilə vurulduğunu, şübhəli Zəfər adlı şəxs olduğunu müəyyən ediblər. Ç., eyni silahla özünü sinəsindən vuraraq i*ntihara cəhd edib.
Qeyd edək ki, şübhəli aparıldığı xəstəxanada müalicə alır, uşağın cəsədi isə yarılma üçün xəstəxana meyitxanasına aparılıb.
Günel Məlikzadə