-
- 10-12-2024, 00:34
- 147
Cavan qalmağın sirri bunda imiş
Dünyada ən çox istehlak edilən içkilərdən biri də qəhvədir.
News24.az Metbuat.az-a istinadla xəbər verir ki, mütəxəssislərin bir qismi qəhvənin bəzi zərərləri olduğunu irəli sürsə də, bəziləri onu faydalı olduğunu iddia edir. Hər yemək və içkidə olduğu kimi, qəhvənin də müəyyən miqdarda qəbul etməyin faydalı olduğu bildirilir. Yeni araşdırmalara görə, gündəlik bir fincan qəhvə qəbul etmək bədəni yaşa bağlı xəstəliklərdən qoruya bilər. Qəhvənin yaşlanmanın önünü ala bildiyi irəli sürülür. Araşdırmaya görə, gündə 2-3 fincan qəhvə istehlakı bütün səbəblərlə bağlı olan ölümləri 17 faiz azaldır. Həmçinin qəhvə koqnitiv funksiyaları qoruyur.
Yeni araşdırmanın müəllifləri bildirir ki, qəhvə istehlakı insan sağlamlığını zərərli vərdişlərdən və onların səbəb olduğu təhlükələrdən qoruya bilir.