-
- 10-12-2024, 19:00
- 200
Bu əlamətlər varsa, xəstəsiniz
Orqanizm ayrı-ayrı orqanlardan ibarət olsa da, ümumi bir sistemdir. Bu sistemin işində pozulma olarsa, digər sistem və orqanlarla əlamətlərlə özünü göstərir. Elə əlamətlər var ki, müəyyən zaman içində keçəcəyini gözləmək olmaz.
News24.az mütləq müayinə tələb edən təhlükəli əlamətləri təqdim edir:
- Təngnəfəslik. Fiziki hərəkət, iş zamanı qəfil artan təngnəfəslik ürəyin işemik xəstəliyi, ağciyər problemi və damar tıxanmasından xəbər verə bilər.
- Qarında ağrı. 90% insan qarın ağrısı zamanı ağrıkəsici içib, həkimə getmir. Dərman qəbulu isə problemi maskalayıb, həkimi də yanıldır.
Qarında ağrı əzələ spazmıdır. Amma spazm boşuna olmur. Səbəblər: kolit, qastrit, peritonit, appendiks, hətta xərçəng ola bilər.
- Yuxusuzluq. Bu ciddi nevroloji pozulmadır. Həkimlər yuxu gündəliyi tutmağı tövsiyə edir. Saat neçədə neçə dəqiqəyə yatdın, gecə yarı neçə dəfə oyandın, neçədə qalxdın...
Əgər səhər tezdən eyni saatda səbəbsiz oyanırsansa, bu, depressiya ola bilər. Eləcə də yuxu pozğunluğu orqanizmdə digər sistemləri pozur.
- Baş ağrıları. Burda da dərmanla maskalanırsız. Baş ağrısının azı 30 səbəbi var.
- Kəskin çəki itirmə. Əgər istəmədən, normal yeyərək getdikcə iştahınız azalırsa və arıqlayırsızsa, 2 ay ərzində minimum 5-7 kq çəki itirmisizsə, bu ya diabet, ya da xərçəng əlamətidir. Xərçəngin əlamətləri çoxdur.
- Ürəkbulanma. Banal həzm pozuntusu, qastrit və yeməklərdən, hətta stresdən ola bilər. Amma daha təhlükəli xəstəliklərin siqnalı ola bilər. Məsələn, mədəaltı vəz, mədə xərçəngi, appendiks, böyrək çatışmazlığı, bağırsaq keçməməzliyi və s.
- Daimi susuzluq və tez-tez tualetə getmək. İntoksikasiya, susuzlaşma, diabet, nefrit, böyrək problemlərindən ola bilər. Kişilərdə bu əlamət prostat xərçəngində də olur. /milli.az/