Azərbaycan sərhədində gizli qərargah quruldu – HÜCUM HAZIRLIĞI
    • 11-12-2024, 10:51
    • 135

Azərbaycan sərhədində gizli qərargah quruldu – HÜCUM HAZIRLIĞI

Avropa İttifaqının Ermənistandakı missiyası Cermuk (İstisu) istiqamətində yerləşib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, müşahidəçilərin 13-14 nəfərlik qrupu Cermukda yerləşdirilib. “Hraparak” nəşri yazır ki, bu qrup daimi olaraq orada yaşayır.

“Cermuk sakinləri bildirib ki, onlar hər gün bölgəni gəzir, sərhədə gedir, müşahidələr aparırlar. Lakin kənarda onların yanına gəlib-gedənlər yoxdur. Sakinlər bildirir ki, müşahidə qrupunun yerli administrasiya ilə heç bir əlaqəsi yoxdur, onlar heç məlumat almır, yaxud vermirlər. Fəaliyyətlərinin nə olduğu bilinmir”, – nəşr yazır.

Bu məlumatda əsas diqqətçəkən məqam “müşahidə qrupu”nun Cemruk (İstisu) istiqamətində daimi yerləşməsidir. 2022-ci ilin sentyabrında Ermənistanın sərhəddə təxribat hücumundan sonra baş verən hərbi eskalasiya nəticəsində Azərbaycan Ordusu İstisu istiqamətində strateji əhəmiyyətli yüksəkliklərə nəzarəti bərpa etdi. Ermənistan hakimiyyətinin əsas istəyi Azərbaycan Ordusunun geri çəkilməsidir.

Bu məsələni diplomatik danışıqlarda daim dilə gətirməklə yanaşı, Ermənistanda Azərbaycan qoşunlarını geri çəkilməyə məcbur etmək üçün bu istiqamətdə hücum planları da olub. Bu kontekstdə Aİ-nin “müşahidə qrupu”nun İstisu istiqamətində daimi yerləşməsi və müşahidələr aparması diqqət çəkir. Müşahidə missiyasının tərkibində Qərb ölkələrinin kəşfiyyatçılarının olduğu haqda daha öncə məlumatlar yayılıb. İstisna deyil ki, “müşahidə qrupu”nda yer alan 13-14 nəfər gerçəkdə Qərb casuslarıdır və bölgədə kəşfiyyat məlumatları toplamaqla yanaşı, Ermənistanın İstisu istiqamətində mümkün təxribat planlarının hazırlığında da iştirak edirlər.