Alimlər yaddaşı yaxşılaşdırmaq üçün məşq tövsiyəsi ediblər
    • 11-12-2024, 21:07
    • 176

Alimlər yaddaşı yaxşılaşdırmaq üçün məşq tövsiyəsi ediblər

London Universitet Kollecinin alimləri müəyyən ediblər ki, hər əlavə 30 dəqiqəlik fiziki fəaliyyət koqnitiv performansı yaxşılaşdıra bilər.

 News24.az sfera.az-a istinadla xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

 Tədqiqatda yaşı 50-83 arasında olan 76 yaşlı insan iştirak edib. İştirakçılar səkkiz gün ərzində aktivlik və yuxu monitorinqi aparatları taxıblar və gündəlik yaddaş, diqqət, emal sürəti və digər idrak funksiyaları üzrə testlər keçiriblər.

 Nəticələr göstərib ki, gündə hər əlavə 30 dəqiqə orta və ya güclü fiziki fəaliyyət növbəti gün yaddaşı 2-5% yaxşılaşdırır. Yuxunun keyfiyyəti də mühüm rol oynayıb: ən azı altı saat istirahət epizodik yaddaşa və reaksiya sürətinə müsbət təsir edərək fəaliyyətin təsirini artırıb.

 Tədqiqatın müəllifi doktor Michaela Bloomberg izah edib ki, fiziki fəaliyyət qan dövranını stimullaşdırmaqla beyin funksiyasını yaxşılaşdırır və idrak funksiyasını dəstəkləyən neyrotransmitterlərin buraxılmasını təmin edir.

 Bundan əlavə, alimlər uzun müddət oturaq həyat tərzinin mənfi nəticələrini qeyd ediblər. Tədqiqat göstərib ki, hər əlavə yarım saatlıq oturma iştirakçılarının iş yaddaşı ballarını azaldıb.