Ürəyi qorumağın və xilas etməyin sadə yolu - Bu meyvədən yemək lazımdır
    • 11-12-2024, 21:27
    • 342

Ürəyi qorumağın və xilas etməyin sadə yolu - Bu meyvədən yemək lazımdır

Ürək sağlamlığının qorunması müasir dövrümüzdə insanların əsas prioritetlərindən biridir.

News24.az baku.ws-a istinadla bildirir ki, məlumatına görə, qidalanma sahəsində aparılan araşdırmalar göstərib ki, avokado ürək-damar sistemini əhəmiyyətli dərəcədə gücləndirə bilən meyvələrdən biridir.

Avokado nə üçün faydalıdır?

Avokado ürək sağlamlığı üçün vacib olan faydalı maddələrlə zəngindir. Bu meyvə doymamış yağlarla "pis" xolesterinin (LDL) səviyyəsini azaldır və "yaxşı" xolesterinin (HDL) səviyyəsini artırır.

Avokadonu müntəzəm istehlak etmək damarların içində xolesterin lövhələrinin yaranmasının qarşısını alır. Bu meyvə kaliumla zəngindir və qan təzyiqini tənzimləməyə və hipertenziya riskini azaltmağa kömək edir. Tərkibindəki E vitamini ürək hüceyrələrinə vurulan zərərləri azaldır. Avokadonun tərkibində fitosterinlər var ki, onlar damar divarlarını möhkəmləndirir və trombların yaranmasının qarşısını alır.

"Journal of the American Heart Association" jurnalında dərc olunmuş araşdırmalar da göstərib ki, gündə yarım avokado yemək ürək-damar sisteminin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Təcrübələrdə avokadonun rasiona əlavə olunduğu iştirakçılar bir neçə həftə ərzində xolesterin səviyyəsini 13% azalda bilib.

Avokado sadəcə dadlı meyvə deyil. Onun unikal tərkibi ürək sağlamlığını qorumaq istəyənlər üçün ideal seçimdir. Avokadonu gündəlik qidalanmanıza əlavə etməklə, ömrünüzü uzatmaq və onun keyfiyyətini artırmaq üçün böyük bir addım ata bilərsiniz.